Məzmuna keç

Biləsuvarda “Açıq mikrofon” aksiyası keçirildi –

Həftənin sonuncu “Açıq mikrofon” aksiyası Biləsuvar rayonunun Əliabad kəndində keçirilib.

E-huquq.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftəlik işini Biləsuvar rayonunda daha dəqiq desək, Əliabad kəndində yekunlaşdırıb. Aksiyaya qatılan sakinlərdən 15-i müraciətini ünvanlayıb.

Bunlardan da 12-si Əliabad kəndinin genişlənmiş hissəsində salınan 48 evin sakinləri adından səslənib.

Qeyd edilən hissədə yaşayan vətəndaşların istəyi isə həmin yeni yaşayış massivin qazlaşdırılmasından ibarət olub. Görüşdə səsləndirilən müraciətlər aidiyyəti üzrə yönləndirilib.