Məzmuna keç

Fransa məhkəməsi əsgərlərə hücum edən şəxsə 30 il həbs cəzası verdi

Fransa məhkəməsi əsgərlərə hücum edən şəxsə 30 il həbs cəzası verdi

Fransada andlılar məhkəməsi 2015-ci ildə Nitse şəhərində hərbçilərə bıçaqla hücum edən Musu Kulibalini 30 il müddətinə azadlıqdan məhrum edib.

E-huquq.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.

Məlumata görə, Kulibali törətdiyi əməlindən peşman olmadığını bildirib. Nəşr xatırladır ki, həmin şəxs 2015-ci ilin fevralında yəhudi icma mərkəzinin yaxınlığında əsgərlərə hücum edib. Məhkumun sözlərinə görə, onun niyyəti əsgərləri öldürmək olmayıb, sadəcə, üzlərini kəsmək istəyib.

Mənbə: APA