Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən inşaat materialları bazarında baş vermiş yanğın ərazisində bütün açıq alov mənbələri söndürülüb.
E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub.
E-huquq.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırıb.
Qeyd edək ki, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yanğın ərazisindədir.
E-huquq.az xəbər verir ki, hadisə yerində icra başçısı ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri də var.
***
Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
TƏBİB-dən e-huquq.az-a bildirilib ki, səhər saat 05:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.
Qeyd olunub ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.
