Məzmuna keç

FHN: Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb

Bakının Binəqədi rayonunda baş verən yanğına 15 texnika cəlb olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi polkovnik Rəşad Nəsirov jurnalistlərə bildirib.

Qeyd olunub ki, hər mərtəbəsi 120 kvadratmetrdən ibarət olan ikimərtəbəli obyektdə yanğın mansarddan başlayıb.

"Yanğının digər binalara keçməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır. Hadisə zamanı xəsarət alan olmayıb", – R.Nəsirov deyib.