Məzmuna keç

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü, araşdırma aparılır –

Dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

E-huquq.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

***

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.

Bu barədə e-huquq.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, ANAMA-nın əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

O, hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.