Məzmuna keç

Yataqxanada 130 tələbə qidadan zəhərlənib

Türkiyənin İsparta şəhərində tələbələr arasında kütləvi qida zəhərlənməsi olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Yalvaç rayonunda qızlar və oğlanlar yataqxanasında olan tələbələr axşam yeməyindən sonra özlərini narahat hiss etməyə başlayıblar.

Yataqxanada qalan 130 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Yalvaç Dövlət Xəstəxanasına gətirilən şagirdlərin müalicəsinə başlanılıb.

Onlardan 11-i evə buraxılıb, digərlərinin müalicəsinin davam etdiyi və vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə