Məzmuna keç

Tərtərdə oğlunu bıçaqlamaqda təqsirləndirilən qadının məhkəməsi başlayır

Tərtər rayonunda oğlunu bıçaqlamaqda təqsirləndirilən Xanım İmanovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmı materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazılrıq iclası yanvarın 10-da keçiriləcək.

Qeyd edək ki, Tərtər şəhəri H.Əliyev prospektində yaşayan 1965-ci il təvəllüdlü Xanım İmanova ailə münaqişəsi zəmnində yaşadıqları evdə oğlu, 32 yaşlı Nahid İmanlını bıçaqlamaq təqsirləndirilir. Qadına qarşı qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə