Məzmuna keç

Dövlət Gömrük Komitəsi “Araz Supermarket”ə cərimə yazdı

"Araz Supermarket" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Araz Supermarket" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə