Qubada ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nihat Nəsibovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.
Hakim Aydın Babayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin olunub.
Qeyd edək ki, hadisə rayonun İkinci Nügədi kəndi ərazisində qeydə alınıb. Belə ki, Quba-Qonaqkənd yolununda hərkətdə olan "Hunday" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, Qaraçay çayına düşüb. Qəza nəticəsində avtomobilin sürücüsü – Qəbələ rayon sakini 22 yaşlı Nihat Nəsibov və sərnişin – Abşeron rayon sakini İlham Salayev xəsarət alıblar. Vəziyyəti ağır olan digər sərnişin – İnci Səfərli isə dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
