Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxundu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məhərrəm Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Ağayev Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 11 mart 2023-çü il tarixində paytaxtın Suraxanı rayonu ərazsində qeydə alınıb. Belə ki, M.Ağayev idarə etdiyi "Toyota Camry" markalı avtomobillə Zığ-Hövsan avtomobil yolunda piyada Mehriban Qasımovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Şəbnəm Mehdizadə