Məzmuna keç

Bakıda 68 yaşlı kişini avtomobillə vuraraq öldürən şəxsə 3 il 6 ay cəza verildi

Bakıda 68 yaşlı kişini avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Ceyhun Əliyevə hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, C.Əliyev 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il avqustun 15-də Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü C.Əliyev "Toyata Prius" markalı avtomobillə Hüseyn Cavid prospekti istiqamətində hərəkət edərkən yolu keçən piyada, 1955-ci il təvəllüdlü Ağaşərif Sadıqovu vurub. A.Sadıqov hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi il ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə