Qubada 19 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ravil Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.
Hakim Vüqar Seyidovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Quba rayonunun Digah kəndi ərazisində baş verib. Belə ki, sürücü Ravil Mahmudovun idarə etdiyi "Temsa" markalı sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə 4-ü azyaşlı olmaqla 19 nəfər sərnişin xəsarət alıb. Ravil Mahmudova qarşı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
