Məzmuna keç

“Arkoz İnşaat Şirkəti” məhkəməyə verildi

Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Arkoz İnşaat Şirkəti" MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, Komitə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət edərək şirkətə qarşı alqı-satqı müqaviləsi üzrə iddia qaldırıb.

İddia hakim Elşən Salmanovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə