Məzmuna keç

Bakıda zibil maşını ilə piyadanı vuraraq öldürən şəxsə hökm oxundu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Yavər İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Y.İbrahimov 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında paytaxtın Nizami rayonu Babək prospektində baş verib. Belə ki, Y.İbrahimov idarə etdiyi zibil daşıyan avtomobillə piyada Asif və Aqil İsmayılov qardaşlarını vurub. Qəza nəticəsində Aqil İsmayılov ölüb, Asif İsmayılov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə