Məzmuna keç

Piyadanın ölümündə ittiham olunan şəxsin məhkəməsi başlayır

Sabirabadda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Kənan Novruzlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əli Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü Sabirabad rayon sakini Novruzlu Kənan Əbülfəz oğlu “Ford Transit” markalı yük avtomobilini sürücülük hüququ olmadan idarə edərək, Sabirabad rayonu ərazisində hərəkətdə olan zaman 1957-ci il təvəllüdlü piyada, Sabirabad rayon sakini Məhərrəmov Qurbanəli İsmayıl oğlunu ehtiyatsızlıqdan avtomobillə vuraraq hadisə yerindən qaçıb. Nəticədə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. K.Novruzluya qarşı Cinayət Məcəlləsinin 263-1.3-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə