"Azerfloat" QSC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, İXM-nin 499.1.3-cü maddəsinə əsasən fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir;
Şəbnəm Mehdizadə
