Məzmuna keç

Xaçmazda həmyerlisini güllələməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Xaçmazda həmyerlisini öldürməyə cəhd etməkdə təqsirləndirilən Raqif Manafovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Xaçmaz sakini Raqif Manafov həmyerlisi, 1956-cı il təvəllüdlü Seyidağa Əhmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə təqsirləndirilir. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. R.Manafaova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə