Məzmuna keç

Bakıda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Adil Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Vüqar Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Adil Əsgərov Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı, 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovu dəmir parçası ilə vuraraq qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə