Məzmuna keç

“Real Hospital” 8 min manatadək cərimə edilə bilər

"Real Hospital" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, hospital barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunsa, "Real Hospital" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə