Məzmuna keç

İsmayıllıda Hindistan vətəndaşlarının xəsarət aldığı qəza ilə bağlı istintaq yekunlaşıb

İsmayıllıda 5 Hindistan vətəndaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəsul Şirinovun cinayət işi üzrə ibtidai istintaqn yekunlşaıb.

E-huquq.az-ın məlumatına görə, cinayət işinə İsmayıllı Rayon Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası fevralın 8-də keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında rayonun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes Vito" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində beş Hindistan vətəndaşı – Nariş Govda, Kishoranjan, Naqeş Subramanya, Ballenahallı Hirannaian, Mysuru Basavaraju müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Nəüliyyat vasitəsinin sürücüsü Rəsul Şirinova qarşı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə