Abşeron rayonu, Xırdalan şəhərində öülmlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqdirləndirilən Əfsər Hacıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, M.Ə.Rəsulzadə və Q.Aslanov küçələrinin kəsişməsindəki işıqforda baş verib. Belə ki, Əfsər Hacıyevin idarə etdiyi "MAN" markalı yük avtomobili Ziyad İsmayılov idarə etdiyi "VAZ-21902" markalı avtomobillə toqquşub. Z.İsmayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Ə.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
