2023-cü ildə Ali Məhkəmənin Cinayət kollegiyasında baxılan işlərdə 5 faiz artım olub.
E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2023-cü ilin yekunlarına dair iclasında Cinayət kollegiyasının sədri Hafiz Nəsibov məlumat verib.
Onun sözlərinə görə, 2023-cü il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3391 işdən 2272 işə mahiyyəti üzrə baxılıb. Baxılmış 2272 işdən 1877 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 209 iş üzrə ləğv edilib, 186 iş üzrə qərar dəyişdirilib.
