Ötən il Ali Məhkəmənin İnzibati kollegiyasının icraatında olmuş 3756 işdən 2590 işə mahiyyəti üzrə baxılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2023-cü ilin yekunlarına dair iclasında İnzibati kollegiyanın sədri Xəqani Məmmədov məlumat verib.
O bildiirb ki, baxılmış 2590 işdən 2057 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 479 iş üzrə ləğv edilib, 22 iş üzrə kassasiya icraatına xitam verilib, 12 iş üzrə məhkəmə aktları dəyişdirilib və 20 iş üzrə icraata xitam verilib.
Kollegiya sədrinin sözlərinə görə, 2023-cü ildə İnzibati kollegiyada baxılan işlərdə 21 faiz artım qeydə alınıb.
