Məzmuna keç

“AL Market” yanğın təhlükəsizliyi qaydalarını pozmaqda günahlandırılır

"AL Market" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, marketlər şəbəkəsi barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Azər Tağıyevin icraatına verilib.

Protokol təsdiq olunsa, "AL Market" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə