Bakıda gecə klubunda qadını bıçaqlamaqda təqsirləndirilən Cavanşir Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin olunub.
Qeyd edək ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində yerləşən gecə klubunda baş verib. 23 yaşlı Cavanşir Əliyev mübahisə zamanı 28 yaşlı Zümrüd Əsgərovanın kürəyinə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. C.Əliyev şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
