Məzmuna keç

Səhiyyə Nazirliyi: Avroliqanın finalı ilə bağlı təcili yardıma 43 çağırış daxil olub

Səhiyyə Nazirliyi: Avroliqanın finalı ilə bağlı təcili yardıma 43 çağırış daxil olub

Avroliqanın finalı ilə bağlı gücləndirilmiş rejimdə çalışan Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 43 çağırış daxil olub.

E-huquq.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, çağırışlar nəticəsində 3 nəfər hospitalizasiya olunub.

Müraciət edənlərdən 17-si xarici ölkə vətəndaşıdır. Xəstəxanaya yerləşdirilən şəxslərdən 2-si xarici, biri azərbaycanlıdır.