Məzmuna keç

Daşkəsəndə evlərdən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayır

Daşkəsəndə evlərdən oğurluq etməkdə təqsirləndirilən İmran Abdullayev, Qismət Süleymanov, Elvin Həsənov və Röyal Verdiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilib.

Hakim Kənan Vəliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 4-nə təyin olunub.

Qeyd edək ki, İmran Abdullayev, Qismət Süleymanov, Elvin Həsənov və Röyal Verdiyev müxtəlif vaxtlarda 8 mənzildən dəyəri 5000 manat olan məişət və elektrik avadanlıqları oğurlamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə