Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Naxçıvanda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əbülfəz Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Heydərovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Naxçıvan Culfa rayonu ərazisində baş verib. Belə ki, "Chevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobilin toqquşması nəticəsində avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm adlı şəxs hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü Sayılov İbrəhim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu isə yaralanıb. Ə.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə