Məzmuna keç

Azərbaycan Milli Konservatoriyası barəsində protokol tərtib olundu

"Azərbaycan Milli Konservatoriyası" publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, Konservatoriya barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Orxan Məmmədlinin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, Konservatoriya min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə