"Arkoz Travertin-Mərmər Zavodu" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, zavod barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Naxçıvan MR Babək Rayon Məhkəməsində hakim Zamiq Əliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İXM-nin həmin maddəsinə əsasən vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
