Məzmuna keç

Maşınını məhkəmə binasının qarşısında yandırdı

Türkiyənin İstanbul şəhərinin Kartal rayonu ərasizində bir nəfər məhkəmə binasının qarşısında avtomobilini yandırıb.

E-huquq.az-ın məlumatına görə, hadisə Anadolu Ədalət Sarayının qarşısında baş verib. Belə ki, Ufuk G. adlı şəxs avtomobilinin üzərinə benzin tökərək yandırıb.

Binada olan polis əməkdaşları dərhal yanğınsöndürən balonlarla yanğına müdaxilə etməyə başlayıblar.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alıb. Qısa vaxtda yanğın tam söndürülüb.

Ufuk G. polis tərəfindən saxlanılıb.

O, xariccdə qarşılaşdığı problemlə bağlı məhkəməyə gəldiyini, lakin kömək edilmədiyi üçün bu addımı atdığını söyləyib: "Ədalət olmadığı üçün xaricdən gəlirəm. Başıma bir hadisə gəlib. Mənə 2 il müddətinə cəza təyin olunub. Oradan gəlmişəm, başa salıram, mənə inanmırlar".

Şəbnəm Mehdizadə