Məzmuna keç

Ədliyyə Nazirliyi: “Vəkillik institunun inkişafı ədalət mühakiməsinin səmərəli təşkilinə müsbət təsirini göstərəcək”

“Vəkillər Kollegiyası ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində çox mühüm əhəmiyyət kəsb edir”

“Vəkillər Kollegiyası ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində çox mühüm əhəmiyyət kəsb edir”.

E-huquq.az-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov deyib.

O bildirib ki, məhkəmə icraatının effektivliyi, məhsuldarlığı vəkillik institutundan çox asılıdır: “Vəkillik institutunun son dövrdə çox ciddi inkişafı, burada aparılan islahatlar təbii ki, ədalət mühakiməsinin səmərəli təşkilinə öz müsbət təsirini göstərəcək”.