Məzmuna keç

Türkiyədə zavodda güclü partlayış olub, 5 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində bərk məişət tullantıları zavodunda güclü partlayış olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Tuzla səmtində yerləşn zavodda yerləşən çəndə naməlum səbəbdən partlayış baş verib.

Partlayışda 5 nəfər yaralanıb.

Bölgəyə xilasetmə, polis, tibb qrupları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Yanğınsöndürmə qrupları ərazidə işlərini davam etdirir.

Şəbnəm Mehdizadə