Məzmuna keç

Qəzzada bir sutkada azı 78 nəfər həlak oldu

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində azı 78 nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Xidməti məlumat yayıb.

Qurumun açıqlamasına görə, azı 78 nəfər İsrailin hücumları nəticəsində həyatını itirib, daha 6 nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.

Həmçinin bildirilib ki, son sutkada 168-dən çox yaralı xəstəxanalara yerləşdirilib. Bununla yanaşı, hava zərbələri nəticəsində dağılan binaların altında hələ də çox sayda yaralının olduğu, lakin təcili tibbi yardım əməkdaşlarının onlara çata bilmədiyi qeyd olunub.