- 30 Aprel 21:44
Türkiyədə daha bir zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə AFAD-dan məlumat verilib.
Məlumata görə, yerli vaxtla saat 21:09-da episentri Elazığda olmaqla 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 11,31 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Yeraltı təkanlar Malatya bölgəsində də hiss olunub.
Dağıntılar və tələfat olmadığı bildirilir.