Samsunda torpaq sürüşməsi: 3 nəfər dağıntılar altında qalaraq ölüb


  • 28 Aprel 13:39

Türkiyənin Samsun şəhərində avtoyuma məntəqəsində torpaq sürüməsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Samsunun Canik rayonunda baş verən təbii fəlakət nəticəsində 3 nəfər həlak olub.

Əraziyə AFAD, xilasetmə, polis və tibb qrupları göndərilib.

Dağıntılar altında qalan şəxslərin bir ailənin dörd üzvü olduğu olduğu müəyyən edilib.

Samsun valisi Orhan Tavlı ata və iki uşağın hadisə nəticəsində dünyasını dəyişdiyini söyləyib.

31 yaşlı ana xilas eidlərək xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilib.

Ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı məhkəmə istintaqının başladığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər