- 30 Aprel 21:44
Türkiyənin Manisa şəhərinin Yunusemre rayonunda təkrar emal müəssisəsində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Akgedik məhəlləsi yaxınlığındakı metal emalı müəssisəsində metal qırıntılarının saxlandığı ərazidə naməlum səbəbdən yanğın baş verib.
Açıq sahədə yığılan yanar materialların alışması nəticəsində sürətlə böyüyən alov, Menemen-Manisa avtomobil yolunun obyektə bitişik kənarındakı ot örtüyünə də keçib.
Əraziyə çoxlu yanğınsöndürmə briqadası göndərilib.
Yanğın söndürülüb, ərazidə soyutma işləri aparılır.
Şəbnəm Mehdizadə