22.10.2026
Bəzi məhkəmələrə sədr və müavinlər təyin olundu –
Məhkəmə

Bəzi məhkəmələrə sədr və müavinlər təyin olundu –

May 6, 2025

Azərbaycan Ali Məhkəməsinə sədr müavini və məhkəmə kollegiyalarına sədr, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarına sədr və bəzi birinci instansiya məhkəmələrinə sədrlər təyin edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Ali Məhkəməsi üzrə:

– Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini;

– Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri;

– Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri;

– Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;

– Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri;

apellyasiya məhkəmələri üzrə:

– Elmar Eldar oğlu Rəhimov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri;

– Rəşad Ziyaviddin oğlu Mamedov Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri;

– Şamil Qəhrəman oğlu Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;

– Hökümə Çingiz qızı Babayeva Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri;

– Rövşən Rafiq oğlu Rəfiyev Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri;

– Elçin Şirin oğlu Hüseynov Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;

– Tale Suliddin oğlu Kərimov Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;

inzibati məhkəmələr üzrə:

– Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri;

– Zəfər Arif oğlu Quliyev Gəncə İnzibati Məhkəməsinin sədri;

– İmran Ramazan oğlu Burcayev Sumqayıt İnzibati Məhkəməsinin sədri;

– Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin sədri;

kommersiya məhkəmələri üzrə:

– İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin sədri;

– Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri;

– Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin sədri;

– Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin sədri;

rayon (şəhər) məhkəmələri üzrə:

– Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri;

– Rəşad Rafiq oğlu Mustafayev Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilib.

Qeyd edək ki, Sərəncam imzalandığı gündən qüvvəyə minir.