22.10.2026
Amerikalı əsgərləri daşıyan avtobus aşdı,  35 nəfər xəsarət aldı
Dünya

Amerikalı əsgərləri daşıyan avtobus aşdı, 35 nəfər xəsarət aldı

May 6, 2025

Polşada ABŞ əsgərlərini daşıyan avtobus təlim məşqlərinə gedərkən aşıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, avtobus gecə saatlarında Almaniyadan Litvaya hərbi təlimlərə gedən zaman sürüşüb və yoldan çıxaraq xəndəyə düşüb.

Avtobusda ümumilikdə 35 nəfər olub.

Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat katibi polkovnik Yoanna Kleyşmitin verdiyi məlumata görə, qəza nəticəsində 35 nəfər xəsarət alıb.

Humay Eminqızı