Fələstin tərəfdarı aktivistər Vaşinqton Universitetinin binasını ələ keçirdilər


  • 16:12

Fələstin tərəfdarı olan bir qrup etirazçı Sietldə Vaşinqton Universitetinin kampuslarından birini ələ keçiriblər.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Məlumata görə, bazar ertəsi, yerli vaxtla saat 5-də onlarla etirazçı universitet binasını ələ keçiriblər.

Aksiyanı “Fələstin Bərabərliyi və Qayıdışını Müdafiə edən Tələbələr Birliyi” adlı bir qrup fəal təşkil edib.

Bir sözçünün “ABC News”a verdiyi məlumata görə, etirazçılar universitetdən İsraili silahla təchiz edən Amerikanın təyyarə istehsalçısı "Boeing" ilə əlaqələrini kəsməyi və onun təhsil prosesinə təsirini aradan qaldırmağı tələb ediblər.

Humay Eminqızı

Oxşar xəbərlər