Onlar yenidən Ali Məhkəmənin kollegiya sədrləri oldular


  • 16:16

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncamla Çingiz İsgəndər oğlu Əsgərov yenidən Ali Məhkəmə sədrinin müavini təyin edilib.

Həmçinin, Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin olunub.

Oxşar xəbərlər