Məzmuna keç

Balıkesirdə 4,1 bal gücündə zəlzələ oldu

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,1 maqnitudalı zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təkanlar yerli vaxtla saat 10:52-də meydana gəlib.

Zəlzələnin 9,23 kilometr dərinlikdə meydana gəldiyi bildirilib.

Humay Eminqızı