- 17:38
Luqansk Xalq Respublikasının Ali Məhkəməsi Ukraynaya Casusluqda təqsirləndirilən şəxsə hökm oxuyub.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, 40 yaşlı Artem Matveyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, iitihama görə, 2023-cü ilin yanvarında Artem könüllü olaraq Luqansk Xalq Respublikası ərazisində Rusiya hərbi qulluqçularının yerləşdiyi yerlər barədə məlumat toplayıb və Ukrayna xüsusi xidmət orqanlarına ötürüb. Rabitə internet messencer vasitəsi ilə həyata keçirilib.
Humay Eminqızı