Yaponiyada 102 yaşlı alpinist Fuji dağına qalxan ən yaşlı insan oldu


  • 14:53

Yaponiyada 102 yaşlı alpinist Akuzava Kokiçi 3 776 metr hündürlükdə olan Fuji dağının zirvəsinə qalxan ən yaşlı insan kimi Ginnesin Rekordlar Kitabına düşüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 70 yaşlı qızı, nəvəsi və 4 nəfərlik alpinist komandası ilə birlikdə dağa qalxıb.

Dağa qalxmazdan əvvəl 3 ay məşq etdiyini bildirən Akuzava, bu müddət ərzində hər səhər saat 5-də oyandığını, gəzinti və dırmaşma məşqləri etdiyini qeyd edib.

Onun sözlərinə görə, alpinizmlə ilk dəfə 14 yaşında maraqlanıb.

Qeyd edək ki, Akuzava 96 yaşında da Fuji dağına qalxan ən yaşlı insan olub.

Humay Eminqızı

Oxşar xəbərlər