ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır


  • 7 Sentyabr 20:42

ABŞ hakimiyyəti yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını müzakirə edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə "CBS News" kanalının efirində Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett bildirib.

"Əminəm ki, bu gün və sabah sanksiyaların miqyası və onların tətbiqi vaxtı ilə bağlı çoxlu müzakirələr aparılacaq", - K.Hassett qeyd edib.

Hassett əlavə edib ki, son qərarı ABŞ prezidenti Donald Tramp verəcək . Onun sözlərinə görə, “sanksiyaların tətbiqi” məsələləri ilə Milli İqtisadi Şura məşğul olur.

Oxşar xəbərlər