- 8 Sentyabr 23:28
Türkiyənin İzmir şəhərinin Balçova rayonunda yerləşən polis idarəsinə silahlı hücum olub.
E-huquq.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəıticəsində 2 polis əməkdaşı şəhid olub, 2 polis yaralanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı şəxs saxlanılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya hadisə ilə bağlı sosial media hesabında paylaşım edərək başsağlığı verib. O, hadisə ilə bağlı istintaq başlanıldığını bildirib.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisəni kəskin şəkildə qınayayıb. Şəhid olan polis əməkdaşlarına Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyib.
Bildiirb ki, hadisə ilə bağlı İzmir Respublika Prokurorluğu dərhal cinayət işi açıb, İstintaq hərtərəfli və diqqətlə aparılır.
Şəbnəm Mehdizadə