- 8 Sentyabr 23:28
Türkiyənin Erzurum vilayətinin Pasinler rayonunda yerləşən Porsuk kəndində torpaq evin damının çökməsi nəticəsində 2 uşaq həyatını itirib, 4 nəfər isə yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə zamanı evdə olan 6 nəfər, o cümlədən uşaqlar da daxil olmaqla, dağıntılar altında qalıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı yanğınsöndürənlər, jandarma və təcili tibbi yardım qrupları cəlb olunub.
Dağıntılar altında qalanlardan bəziləri özləri xilas olublar, digərləri isə xilasedici qrupların səyi nəticəsində çıxarılıb.
Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.
Yaralılardan Kerimhan Kara və Sudenaz Kara həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas edilə bilməyib.
Hadisə ilə bağlı araşdırma aparılır
Şəbnəm Mehdizadə