Rusiyada Azərbaycan vətəndaşı terror şübhəsi ilə saxlanıldı


  • 8 Sentyabr 13:31

Rusiyanın Stavropol vilayətində Azərbaycan vətəndaşı Rusiya ərazisində silsilə terror aktları hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

E-huquq.az xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, Ukrayna terror təşkilatı ilə əlaqə saxlayıb. Təşkilata qoşulduqdan sonra terror aktları və təxribatların planlaşdırıldığı bir neçə obyektdə kəşfiyyat aparmaq kimi tapşırıqlar alıb.

Sözügedən Azərbaycan vətəndaşı 2025-ci ildə Rusiyaya işləmək üçün gedib.

Şübhəli şəxsin tapşırıq əsasında partlayıcı qurğular yığdığı bildirilib. Onun üzərində partlayıcı qurğular üçün komponentlər, rabitə vasitələri və onun fəaliyyəti, Kiyevlə əlaqələrinə dair sübutlar müsadirə edilib.

Faktla bağlı cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər