İsraildə terror nəticəsində 5 nəfər ölüb


  • 8 Sentyabr 13:37

İsrailin Yerusəlim şəhərinin Ramot bölgəsində avtobusa silahlı hücum nəticəsində 5 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Hadisə nəticəsində azı 7 nəfər ağır yaralanıb.

İlkin məlumata görə, iki nəfər avtobusa daxil olaraq sərnişinlərə atəş açmağa başlayıb. Onların zərərsizləşdirildiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər