Ankarada leysan həyatı iflic etdi - FOTO


  • 8 Sentyabr 14:50

Türkiyənin paytaxtı Ankarada günorta saatlarında başlayan və getdikcə şiddətlənən güclü leysan yağışı şəhər həyatını iflic edib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağış nəticəsində bir çox küçə və prospektlərdə su yığıntıları yaranıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər müşahidə olunub.

Yağışın intensivləşməsi ilə paytaxt sakinləri avtobus dayanacaqları və qapalı məkanlara sığınaraq yağışdan qorunmağa çalışıblar. Şəhərin müxtəlif yerlərində yağış sularının axını küçə və prospektlərdə toplanaraq nəqliyyatın hərəkətinə maneə yaradıb.

Ankara Böyükşəhər Bələdiyyəsinə aid texniki xidmət qrupları yolların su ilə dolmasının qarşısını almaq və yığılan suları boşaltmaq üçün təcili müdaxilə işlərinə başlayıb.

Yol polisi isə sürücüləri ehtiyatlı olmağa çağırıb.

Yağış Gölbaşı rayonunda daha ciddi fəsadlara səbəb olub. Bir binanın divarı yağış səbəbilə uçub. Hadisə nəticəsində insan itkisi ilə bağlı məlumat verilməyib.

Çankaya rayonunun Dikmen Vadisi ərazisində çayın daşması nəticəsində bir minik avtomobili və bir mikroavtobus sel sularına qapılıb.

Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.

Çay yatağında qalan nəqliyyat vasitələrinin çıxarılması üçün işlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər